Yeni nəşrimiz artıq satışda! Azərbaycan dili test toplusu - MİQ və Sertifikasiya imtahanları üçün
22 may, 19:00

Hörmətli müəllimlər və əziz müdavimlər! 

“RM” nəşriyyatı ilə birgə hazırladığımız və qüvvədə olan tədris proqramına,  fənn kurikulumlarına uyğun tərtib olunmuş Azərbaycan dili test toplusu müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarında sizlərin ən yaxın köməkçisi olacaqdır. 

3200-dən çox test tapşırığının yer aldığı vəsaitimiz iki hissədən ibarətdir.
1-ci hissə “Dil qaydaları” məzmun xəttini , 2-ci hissə isə “Oxu” və “Yazı” məzmun xətlərini əhatə edir. 
İnanırıq ki, vəsaitimiz həm müəllimlərin işə qəbuluna, həm də sertifikasiya imtahanlarına hazırlaşanlar üçün faydalı olacaqdır. 
Müəllim və müəllim namizədləri vəsaitdən istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlayacaq, bilik və  bacarıqlarını daha da inkişaf etdirəcəklərdir.
Vəsaiti “RM” kitab evindən həmçinin digər kitab evlərindən əldə edə bilərsiniz.

Müəlliflərdən