Azərbaycan dili test toplusu
Azərbaycan dili test toplusu
Hörmətli müəllimlər və əziz müdavimlər! 

“RM” nəşriyyatı ilə birgə hazırladığımız və qüvvədə olan tədris proqramına,  fənn kurikulumlarına uyğun tərtib olunmuş Azərbaycan dili test toplusu müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarında sizlərin ən yaxın köməkçisi olacaqdır. 

3200-dən çox test tapşırığının yer aldığı vəsaitimiz iki hissədən ibarətdir.
1-ci hissə “Dil qaydaları” məzmun xəttini , 2-ci hissə isə “Oxu” və “Yazı” məzmun xətlərini əhatə edir. 
İnanırıq ki, vəsaitimiz həm müəllimlərin işə qəbuluna, həm də sertifikasiya imtahanlarına hazırlaşanlar üçün faydalı olacaqdır. 
Müəllim və müəllim namizədləri vəsaitdən istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlayacaq, bilik və  bacarıqlarını daha da inkişaf etdirəcəklərdir.
Vəsaiti “RM” kitab evindən həmçinin digər kitab evlərindən əldə edə bilərsiniz.

Müəlliflərdən

Ədəbiyyat test toplusu
Ədəbiyyat test toplusu

   Hörmətli müəllimlər və əziz şagirdlər! 
Ədəbiyyat toplumuzdakı testlər və situasiya tapşırıqları DİM-in 2020-ci il ədəbiyyat proqramı əsasında hazırlanmışdır. Mövzuların sıralanması da bu proqram əsasında aparılmışdır.
Ədəbiyyat test toplusundan həm abituriyentlər, həm də MİQ imtahanlarına hazırlaşan müəllim namizədləri istifadə edə bilər.
Müəlliflərdən

Azərbaycan dili buraxılış-11 sınaq nümunələri (52)
Azərbaycan dili buraxılış-11 sınaq nümunələri (52)

   Hörmətli müəllimlər! Əziz şagirdlər və abituriyentlər!
2008-2009-cu tədris ilindən etibarən Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində yeni təhsil proqramları – kurikulumlar tətbiq edilir və dərsliklər bu proqram əsasında hazırlanır. 
Buraxılış imtahanında siz dəyərli şagirdlər yeni fənn kurikulumunun Azərbaycan dili fənni üçün müəyyən etdiyi 4 məzmun xəttinə aid olan standartların 3-dən : “Oxu”, “Yazı”, “Dil qaydaları” məzmun xətti üzrə alt standartların tətbiqində bu buraxılış vəsaiti sizlərin köməkçisi olacaqdır. 
Vəsaitimizdə 52 buraxılış sınaq nümunəsi verilmişdir. Bütün şagirdlər nəzərə alınaraq sınaq nümunələri asan, orta və çətin hazırlanmışdır. 
Siz hər bir sınağı işlədikdən sonra öz cavablarınızın doğruluğunu yoxlamaq üçün vəsaitin son səhifələrində verilmiş “DOĞRU VƏ MÜMKÜN DOĞRU CAVABLAR” hissəsinə baxa bilərsiniz.
Müəlliflərdən

Azərbaycan dili VIII sinif test toplusu
Azərbaycan dili VIII sinif test toplusu
   
   Hörmətli müəllimlər və əziz şagirdlər!

Hazırlamış olduğumuz bu vəsait hal-hazırda VIII sinifdə təhsil alan şagirdlər üçün nəzərdə tutulmuşdur. Vəsaitdən həm orta məktəbdə, həm də dövlət və özəl liseylərə hazırlaşan zaman istifadə edə bilərsiniz. Vəsaitimizdə asan, orta, çətin test tapşırıqlarından istifadə etmişik.
Vəsaitdə qrammatika testləri, mətn tapşırıqları, bir mətn-bir sual vəs. var.
Vəsaitdə bütün tapşırıqların doğru cavabları verilmişdir.
Müəlliflərdən

Azərbaycan dili V sinif test toplusu
Azərbaycan dili V sinif test toplusu

   Hörmətli müəllimlər və əziz şagirdlər!
Hazırlamış olduğumuz bu vəsait hal-hazırda V sinifdə təhsil alan şagirdlər üçün nəzərdə tutulmuşdur. Vəsaitdən həm orta məktəbdə, həm də dövlət və ya özəl liseylərə hazırlaşan zaman istifadə edə bilərsiniz. Vəsaitimizdə asan, orta, çətin test tapşırıqlarından istifadə etmişik.
Vəsaitdə qrammatika testləri, mətn tapşırıqları, atalar sözləri, bir mətn-bir sual, mühakimə sualları və s. var. Mətn tapşırıqlarından 7, 8-ci sinif şagirdləri də faydalana bilər. 
Vəsaitdəki bütün sualların doğru cavabları son səhifələrdə yerləşdirilmişdir. 
Vəsaitlə bağlı təklif və ya şikayətləriniz üçün [email protected] imeyl adresi ilə əlaqə saxlaya bilərsiniz.
Müəlliflərdən

Azərbaycan dili dərs kitabı
Azərbaycan dili dərs kitabı

   Hörmət müəllimlər! Əziz şagirdlər və abituriyentlər!  
2008-2009-cu tədris ilindən etibarən Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində yeni təhsil proqramları – kurikulumlar tətbiq edilir və dərsliklər bu proqram əsasında hazırlanır. 
Qəbul imtahanında (buraxılış) siz dəyərli şagirdlər yeni fənn kurikulumunun Azərbaycan dili fənni üçün müəyyən etdiyi 4 məzmun xəttinə aid olan standartlarının 3-dən : “Oxu”, “Yazı”, “Dil qaydaları” məzmun xətti üzrə alt standartların tətbiqində sizlərin köməkçisi olacaqdır. 
Bu vəsaitdə  fənn və sinif üzrə tədris materialları əsasında hazırlanmış mövzu izahları təqdim edilməkdədir. Vəsait iki hissədən ibarətdir. Birinci hissə  4. məzmun standartını – Dil qaydalarını, ikinci hissə  isə “Oxu”, “Yazı” məzmun standartını  əhatə etməkdədir. Bu hissədə dil qaydaları yığcam və konkret şəkildə izah edilmişdir. Bundan əlavə kitaba bəzi yardımçı məlumatlar da daxil edilmişdir ki, bu məlumatlar sizlərin mövzunu daha yaxşı anlamanıza kömək edəcəkdir.  
Kitabdakı məlumatlar, izahlar, qaydalar orta məktəb dərsliklərində və müəllimlər üçün metodik vəsaitlərdən istifadə edilməklə yazılmışdır. Bəzi nümunələr dərsliklərdə olduğu kimi təqdim edilmişdir. 
Müəllifdən

Azərbaycan dili IX sinif mətn toplusu
Azərbaycan dili IX sinif mətn toplusu


   Hörmətli müəllimlər! Əziz şagirdlər və abituriyentlər!
2008-2009-cu tədris ilindən etibarən Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində yeni təhsil proqramları – kurikulumlar tətbiq edilir və dərsliklər bu proqram əsasında hazırlanır. 
Buraxılış imtahanında siz dəyərli şagirdlər yeni fənn kurikulumunun Azərbaycan dili fənni üçün müəyyən etdiyi 4 məzmun xəttinə aid olan standartların 3-dən: “Oxu”, “Yazı”, “Dil qaydaları” məzmun xətti üzrə alt standartların tətbiqində bu buraxılış vəsaiti sizlərin köməkçisi olacaqdır. 
Vəsaitimiz iki hissədən ibarətdir. Birinci hissədə “Oxu”, “Yazı” məzmun xəttinə aid 111 (yüz on bir) mətn nümunəsi, ikinci hissədə isə “Dil qaydaları” məzmun xəttini əhatə edən 10 (on) mövzu sınaq imtahan nümunələri verilmişdir. 
Siz hər bir sınağı işlədikdən sonra öz cavablarınızın doğruluğunu yoxlamaq üçün vəsaitin son səhifələrində verilmiş “DOĞRU VƏ MÜMKÜN DOĞRU CAVABLAR” hissəsinə baxa bilərsiniz.
Müəlliflərdən


Azərbaycan dili 111 mətn və test toplusu
Azərbaycan dili 111 mətn və test toplusu

   Hörmət müəllimlər! Əziz şagirdlər və abituriyentlər!  
2008-2009-cu tədris ilindən etibarən Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində yeni təhsil proqramları – kurikulumlar tətbiq edilir və dərsliklər bu proqram əsasında hazırlanır. 
Qəbul imtahanında (eləcə də buraxılış imtahanlarında) siz dəyərli şagirdlər yeni fənn kurikulumunun Azərbaycan dili fənni üçün müəyyən etdiyi 4 məzmun xəttinə aid olan standartların 3-dən : “Oxu”, “Yazı”, “Dil qaydaları” məzmun xətti üzrə alt standartların tətbiqində bu vəsaiti sizlərin köməkçisi olacaqdır. 
Vəsaitimizdə ilk öncə  111 (yüz on bir)  “Mətn tapşırığı” verilmişdir. Mətnlər bədii və publisistik (elmi-kütləvi) üsluba aiddir. Asan, orta, çətin mətnlərdən ibarətdir. Bəzən bir neçə mətndə ard-arda eyni sual tipləri təkrar verilmişdir ki, bunun da əsas səbəbi şagirdlərdə o tip suallar üzrə vərdişlərin formalaşdırılmasıdır. 
Mövcud vəziyyəti nəzərə alaraq mətnlərdəki sual formalarını 5 (beş) qapalı, 5 (beş) açıq (yazı) şəklində tərtib etmişik.
Siz hər bir mətni işlədikdən sonra öz cavablarınızın doğruluğunu yoxlamaq  üçün vəsaitin son səhifələrində verilmiş “MƏTNLƏRİN DOĞRU VƏ MÜMKÜN DOĞRU CAVABLARI” hissəsinə baxa bilərsiniz.
Vəsaitin ikinci hissəsində “Dil qaydaları” məzmun xətti üzrə qapalı, açıq, test və situasiya  tapşırıqları verilmişdir. Hər bir blok (qrup I, II, III, IV) nəzərə alınmış, qrammatika sualları – qapalı suallar, açıq suallar, situasiya tapşırıqları şəklində ardıcıllıqla təqdim olunmuşdur. Habelə qrammatika suallarının müvafiq yerlərində mövzuya aid  önəmli qaydalar haşiyələr şəklində verilmişdir.  
Vəsaitlə bağlı təklif və ya şikayətləriniz üçün [email protected] imeyl adresi ilə əlaqə saxlaya bilərsiniz.
Müəlliflərdən